Cəmiyyət

19 Fevral

Azərbaycanda 25% endirimlə mallar təklif olunacaq

Finss.az - 19 mart tarixində Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Xidməti, dövlət mülkiyyətinə keçirilmiş malların satışı üçün gömrük auksionu təşkil edəcək.

Auksionda tibb avadanlıqları, elektronika, kənd təsərrüfatı və tikinti məhsulları satışa çıxarılacaq.

Auksionda təqdim olunacaq kənd təsərrüfatı və tikinti mallarının start qiyməti 375 mövqe üzrə 27 983,33 manat olacaq. İştirakçılar üçün ilkin ödəniş isə 1 399,17 manatdır. Elektronika kateqoriyasının qiymətləri 10 965,08 manatla başlayır və ilkin ödəniş 548,25 manatdır.

Bu mallar əvvəlki auksionlarda satılmadığı üçün, qiymətləri 25%-lə endirilərək dördüncü dəfə satışa təqdim edilir. Dövlət Xidməti, auksionun keçirilməsi ilə bağlı iştirakçılara geniş məlumat verib və bu əmlakların satılmasının dövlət büdcəsinə əlavə gəlir gətirəcəyini vurğulayıb.

Auksionda iştirak etmək istəyən şəxslər, müəyyən olunmuş ilkin ödənişi edərək satış prosesinə qoşula bilərlər.