Cəmiyyət

13 Fevral

Bank Respublika vakansiya elan edib

Finss.az - Bank Respublika ASC Mingəçevir filialında yeni vakansiya elan edib.

Bank hazırda "Kredit üzrə arxa ofis kiçik mütəxəssisi/mütəxəssisi" vəzifəsinə işçi axtarır. Vəzifə öhdəliklərinə müştəri hesablarının açılması, kredit və zəmanət sənədlərinin tərtibi, bank proqramına məlumatların daxil edilməsi və bankdaxili sənədlərin qanunvericiliyə uyğun şəkildə rəsmiləşdirilməsi daxildir.

Namizədlərdən maliyyə, iqtisadiyyat və ya biznesin idarə edilməsi sahəsində ali təhsil, Azərbaycan dilini mükəmməl bilmə bacarığı, MS Office proqramlarında işləmək qabiliyyəti və ünsiyyət bacarıqları tələb olunur.

Müraciət etmək istəyən şəxslər əlavə məlumatı link vasitəsilə əldə edə bilərlər.