Cəmiyyət

03 Fevral

Qubada leysan və daşqınlara qarşı yeni meteoroloji radar quraşdırılıb

Finss.az - Quba rayonunun II Nügədi kəndində yeni meteoroloji dopler hava radarı quraşdırılıb.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov  bildirib ki, Erkən Xəbərdarlıq Sisteminin əsas elementi olan radar 100-150 km radiusda atmosfer proseslərini izləməyə və dolu-leysan təhlükəsi barədə bir neçə saat öncədən məlumat verməyə imkan yaradacaq.

Radar həmçinin Böyük Qafqazın cənub-şərq yamacındakı çaylarda baş verə biləcək sel və daşqınlarla bağlı erkən xəbərdarlıqların hazırlanmasında istifadə ediləcək.

Sistem fasiləsiz olaraq avtomatlaşdırılmış rejimdə idarə olunacaq.

Zemfira Ms
Finss.az