Əsas xəbərlər
Qarabağ iqtisadi rayonunun əhalisinin sayı açıqlanıb Tural Məmmədov: 44 günlük müharibə dövründə dövlət informasiya resurslarına 2678 kiberhücum təhdidi qeydə alınıb Sabaha olan HAVA PROQNOZU “Azərbaycan Sənaye Sığorta”da növbədənkənar yığıncaq KEÇİRİLƏCƏK Xiaomi elektrik avtomobil fabriki quracağını açıqlayıb Artıq SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda 4 yeni qurğuda istismara hazırlıq işləri başlayır Yeni ştamın simptomları nədir? “Omicron” Azərbaycanda aşkarlanıb? Koronavirusla bağlı SON STATİSTİKA 600 min vətəndaşa pulsuz bank hesabı açılıb Fermer təsərrüfatlarının fəaliyyətinə dair yeni dövlət standartı qəbul edilib Bakıdakı liseydə karantin müddəti uzadıldı Koronavirusa görə bağlanan məktəbdə əyani tədris bərpa olundu Zakir Nuriyev:Dolların qiymət artımı kimi məsələ hazırda banklarda mövcud deyil Kəlbəcərin İstibulaq kəndinin görüntüləri – VİDEO Neft Fondu tender elan edir Zakir Nuriyev: Çalışırıq ki,insanların banklarla mövcud olan mübahisələri məhkəmədən kənar məhz ombudsman vasitəsilə həll edilsin Embawood işçi axtarır Şuşada ABB-nin Müşahidə Şurasının iclası keçirildi Azercell sosial şəbəkələrdə yarışma elan edir Gəncə Yaşayış Kompleksinin mənzillərinin təmir nümunələri təqdim olundu Bu fermerlər subsidiyaları ilin əvvəlində alacaqlar İranla nüvə sazişi üzrə danışıqlar bərpa edilib

“Cəfər Cabbarlı” stansiyasının yerüstü işləri tamamlanıb

“Cəfər Cabbarlı” stansiyasının əsaslı təmiri və yenidən qurulması işləri çərçivəsində yerüstü sahədə başlanılmış ilk tədbirlər başa çatdırılıb.

Tədbirlər planına uyğun olaraq, “28 May” stansiyasının qarşısındakı meydançada “Cəfər Cabbarlı” stansiyasının konstruksiyalarının mühafizəsini gücləndirmək məqsədilə aparılan tədbirlər çərçivəsində yerin üst təbəqəsi sökülərək, yenilənib.

Meydançanın sıx hərəkət sahəsi olduğu nəzərə alınaraq, işlər bir neçə istiqamətdə aparılıb. Əsas məqsəd “28 May” və “Cəfər Cabbarlı” stansiyalarından, müvafiq keçidlərdən istifadə edən, həmçinin ərazidən keçən piyadaların hərəkət təhlükəsizliyi və rahatlığını təmin etmək olub. Sentyabr ayının son ongünlüyündə paytaxtda yeni tədris mövsümünün başlanılması, “28 May” stansiyasının giriş-çıxışlı olması nəzərə alınaraq, ilk işlər məhz stansiyanın giriş sahələrinin pilləkənləri qarşısında icra olunub.

Tədbirlər planına uyğun olaraq, ərazinin mürəkkəb relyefində görüləcək işlərin həcmi və ardıcıllığı ən kiçik detallarına qədər diqqətlə müəyyən edilib. İlk əvvəl sökülmüş sahələrdə yeraltı kommunikasiya xətləri çəkilib. Bu xüsusda, yağıntı sularının stansiyaya sızmasının qarşısı alınaraq, kənarlaşdırılması üçün drenaj sistemi də qurulub. Yeni izolyasiya təbəqəsinin yaradılaraq, yağıntıların yönləndirilməsi üçün müvafiq mailliklər təmin edilib.

Bundan savayı, zamanla zədələnərək sıradan çıxmış döşəmə daşları ətraf ərazinin ümumi görkəminə uyğun olaraq yenilənib.

SHARE THIS STORY

FacebookTelegramTwitter