Biznes

06 Sentyabr

Vergi borcunun ödənilməsi qabiliyyətinin müəyyənləşdirilməsi qaydası təsdiq edilib - DVX

Məlum olduğu kimi, Nazirlər Kabinetinin 3 sentyabr 2024-cü il tarixli müvafiq qərarı ilə “Vergi ödəyicisinin vergi borcunu ödəmə qabiliyyətinin müəyyənləşdirilməsi Qaydası” təsdiq edilib.

Fins.az bu Qaydalar iqtisadiyyatda stimullaşdırıcı məqsəd daşımaqla, başlıca olaraq vergi ödəyicilərinin maddi vəziyyətinin yaxşılaşdırılmasını və rəqabətədavamlı sahibkarlığın təşviqini özündə ehtiva edən mexanizmi müəyyən edir.

Təcrübədə bir sıra borclu vergi ödəyiciləri maliyyə çətinlikləri səbəbindən yaranmış borc öhdəliklərini vaxtında ödəyə bilmirlər. Bu zaman onlara müəyyən müddətdə möhlət verildiyi halda, bu onların vergi öhdəliyini yerinə yetirməsinə dəstək olur. Məhz bu cür hallarla bağlı, vergi qanunvericiliyində vergi ödəyicisinin mövcud maliyyə vəziyyətini nəzərə alaraq, müəyyən tələblər daxilində onun borcunun ödənilmə müddətinin uzadılmasını nəzərdə tutan müddəalar mövcuddur.

Belə ki, Vergi Məcəlləsinin 85.6-cı maddəsi ilə, borcun ödənilməsi müddətinin uzadılmasına əsas verən hallar müəyyən edilib ki, həmin hallardan biri də, vergi ödəyicisinin vergi borcunu birdəfəyə ödəmə qabiliyyətinin olmamasıdır. Bunun üçün də, qeyd olunan müraciətlərə baxılan zaman, vergi orqanı ilk növbədə, borclunun mövcud ödəmə qabiliyyətinin olub-olmamasını dəqiq müəyyən edə bilməlidir.

Məhz bu səbəbdən, qanunun verdiyi bu imkandan real maliyyə çətinliyi yaşayan borcluların yararlanması, həmçinin bu sahədə sui-istifadə hallarının qarşısının alınması üçün vahid mexanizmin təsdiq olunmasına zərurət var idi. Nazirlər Kabinetinin müvafiq qərarı bu prosesi tənzimləyəcək.

Yükləmək üçün video: //we.tl/t-f4mZg4aEA5
 

Zemfira Ms
Fins.az