Bu il əlillik əsasən bu meyarlara görə təyin olunub

“Əlillik səbəblərinin təyin olunmasında əsasən son zamanlar onkoloji, psixi, göz və sinir xəstəlikləri üstünlük təşkil edib”.

Fins.az xəbər verir ki, bunu Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov bu gün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, bu il travmaların sayı kifayət qədər artıb: “Bu da ki, bizə Zəfər qazandırmış Vətən müharibəsi qazilərinin əlillik statusunun təyin edilməsi nəticəsində baş verib”.

Sədr, həmçinin bildirib ki, son 10 ay ərzində 34 reabilitasiya vasitəsinin sayı 57-yə çatıb. Söhbət əsa, eşitmə cihazları, protez, ortopedik ayaqqabı və digərlərindən gedir.

O qeyd edib ki, 7615 əlilliyi olan şəxs 37 605 ədəd protez və digər vasitələrlə təmin olunub: “Bundan əlavə, əlilliyi olan şəxslərə 908 mühərrikli təkərli oturacaq verilib. Onlardan 58-i qazi olub. 158 hərbçi isə 166 ədəd yüksək texnologiyalı protezlə təmin olunub.

Ötən dövrdə Vətən müharibəsinin 2200 qazisinə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparılıb və hazırda da bu işlər davam etdirilir”.

SHARE THIS STORY

FacebookTelegramTwitter