Bu 7 dövlət şirkəti özəlləşdirilməyə açıq elan edilib

“Azərbaycan Sənaye Korporasiyası”na daxil olan 7 müəssisə özəlləşdirilir.

Fins.az “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin bəzi müəssisələrinin və balansında olan obyektlərin özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına istinadən xəbər verir ki, 

“ASK Şüşə”,  “ASK Ayaqqabı Fabriki”, “Azəripək”,  “ASK Tekstil”, “ASK İzolit” , “ASK Şəki SES” və “ASK Şəki Şərab” şirkətləri özəlləşdirilməyə açıq elan edilib.

Sərəncam, dövlətin idarəetməsində olan müəssisələrin inkişaf etdirilməsi, onların fəaliyyətinin səmərəliliyinin artırılması və özəl investisiyalar hesabına canlandırılması məqsədilə qərara alınıb.

Həmçinin siyahısı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Cəmiyyətlə razılaşdırılmaqla müəyyən edilən əmlak kompleksləri və qeyri-yaşayış binaları (torpaq sahələri ilə birlikdə), qeyri-yaşayış sahələri də özəlləşdirilməyə açıq elan edilsəcəkdir.

“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirilməyə açıq elan edilən müəssisələrinin SİYAHISI.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 oktyabr tarixli Sərəncamına əlavə

1. “ASK Şüşə” Məhdud Məsuliyyətli Cəmiyyəti;

2. “ASK Ayaqqabı Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyəti;

3. “Azəripək” Məhdud Məsuliyyətli Cəmiyyəti;

4. “ASK Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyəti;

5. “ASK İzolit” Məhdud Məsuliyyətli Cəmiyyəti;

6. “ASK Şəki SES” Məhdud Məsuliyyətli Cəmiyyəti;

7. “ASK Şəki Şərab” Məhdud Məsuliyyətli Cəmiyyəti.

SHARE THIS STORY

FacebookTelegramTwitter