Bu 4 bank Milli KSM Mükafatı 2020 -nin qalibi olub

2020-ci il ərzində həyata keçirilmiş sosial layihələr aidiyati dövlət qurumlarının nümayəndələri tərəfindən təhlil edilmiş, BMT-nin 17 Dayanıqlı İnkişaf İstiqamətləri əsasında nominasiyalar təyin edilmişdir. Ölkənin qabaqcıl mobil operatorlarından olan Bakcell, bank sektorundan Kapital Bank, Bank Respublika, Unibank, Bank of Baku və s. şirkətlər təltif edilib.

Fins.az xəbər verir ki, artıq 3-cü dəfə ölkəmizdə təşkil edilən müsabiqənin əsas məqsədi dövlət siyasətinin, Heydər Əliyev Fondunun həyata keçirdiyi sosial layihələrin davamı olaraq ölkəmizdə həyata keçirilən Korporativ Sosial Məsuliyyət layihələrinin və xeyriyyəçilik işlərinin sayının artırılmasına təkan vermək, həmçinin KSM layihələr həyata keçirən şirkətlərin fəaliyyətini daha geniş miqyasda təqdir etməkdir.

SHARE THIS STORY

FacebookTelegramTwitter