Brend

25 Yanvar

\"COVID-dən sağalanlara bu səbəblə vaksin vurulmur\" - Mütəxəssis

Pandemiyadan qurtulmağın tək açarı vaksindir. Əhalinin böyük hissəsi vaksinlənərsə, kütləvi immunitet sayəsində panemiyaya qalib gələcəyik.

Bu sözləri  infeksion xəstəliklər üzrə mütəxəssis Vüsalə Yaşar deyib.

Onun sözlərinə görə, xəstəliyin kəskin dönəmində olan insanlara vaksin vurulmur: “Antitellərin COVID-19 qoruyuculuğunda hansı titrinin əhəmiyyətli olduğu hələ də bilinmir. Məsələn, Hepatit B zamanı bu rəqəmin 10 olduğunu bilirik. COVID-19 da isə bu sərhəd bəlli deyil. Bu səbəbdən antitelə baxılması və antitelləri olanların peyvənd olunmaması doğru deyil”.

Mütəxəssis son 6 ay ərzində COVID-19 keçirənlərin niyə peyvənd olunmamasına da aydınlıq gətirib: “Hər kəsə yetəcək qədər vaksin hələ yoxdur. Xəstəliyi keçirdikdən ən tez 3 ay, ən gec 6 ay ərzində vaksin vurdurmaq olar. Vaksindən sonra bəzən başağrısı, inyeksiya yerində şişlik, ağrı və ya qızartı ola bilər.Bunlar isə həyati təhlükəli deyil”.

Vüsalə Yaşar qeyd edib ki, immunsupressif müalicənin başlanmasından 2 həftə öncə vaksin olunmaq tövsiyə olunur: “Müalicə müddətində də həkim nəzarəti altında peyvənd olunmaq olar. İmmun cavabın zəif ola biləcəyi unudulmamalıdır.

COVID-19 keçirmək və onun ağırlaşmaları ilə üz-üzə qalmaq, yoxsa vaksin olunmaq deyə seçim olarsa, əlbəttə, ən doğrusu ikincini seçməkdir”.