Brend

09 Sentyabr

Bölgələr üzrə yoluxma göstəriciləri - YENİ STATİSTİKA

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına bölgələr üzrə yoluxma göstəriciləri açıqlanıb.
Fins.az koronavirusinfo.az saytına istinadən xəbər verir ki, ölkəmizdə koronavirusa yoluxma hallarının 56,2 faizi paytaxtın payına düşür.

Bundan əlavə, həmin göstərici Abşeron rayonunda 15,6, Aran rayonlarında 10,3, Gəncə-Qazax bölgəsində 6,4, Lənkəranda 4,3, Quba-Xaçmazda 2, Şəki-Zaqatalada 1,7, Dağlıq Şirvanda 1,6, Yuxarı Qarabağda 1, Naxçıvan Muxtar Respublikasında 0,04 faiz təşkil edir.

Ölkə xaricindən idxal olunma halı 0,7 faizdir.