Brend

09 Sentyabr

Kişilərdə erkən ölümlərin səbəbi nədir?

Kişilərdə bir sıra xəstəliklərin, habelə erkən ölümlərin mümkün səbəbi D vitamininin qanda az olmasıdır.

Fins.az xəbər verir ki, Löven Katolik Universitetinin əməkdaşları 40-79 yaş həddində olan 1 970 kişini müayinə edərək D vitamini metabolitlərinin səviyyəsini cari sağlamlıq göstəricilərilə müqayisə ediblər.

Bu zaman yaş həddi, bədən kütləsi indeksi, tütün məmulatlarına aludəçiliyi, əhvalı nəzərə alınıb.

Nəticədə metabolit səviyyəsinin ürək-damar, xərçəng, osteoporosis (sümük kövrəkliyi) kimi xəstəliklər, habelə erkən ölüm risqinin artması ilə bağlı olduğu üzə çıxıb. Həmçinin səhhətlə bağlı gələcək fəsadları D vitamininin fəal metaboliti olan 1,25 dihidroksivitaminlə yox, əlahiddə 25 dihidroksivitaminlə təyin ediləcəyi vurğulanır.