Brend

06 İyul

Hazırlanmaqda olan koronavirus vaksininin əsas üstünlüyü açıqlanıb

Böyük Britaniyada koronavirusa qarşı hazırlanmaqda olan vaksin gələcək pandemiyalarla da səmərəli mübarizə apara biləcək.

London İmperial Kollecinin professoru Robin Şattok bildirib ki, yeni vaksinin hazırlanması texnologiyası universaldır. Digər sözlə, bu vaksini gələcəkdə digər epidemiyalara uyğunlaşdıra və onlarla mübarizədə istifadə etmək olar.

Yeni texnologiya bir neçə həftə ərzində milyonlarla doza vaksin hazırlamağa imkan verəcək. Digər nümunələrdən fərqli olaraq bu vaksin sintetik yolla hazırlanır. Professorun sözlərinə görə, əzələdaxili inyeksiyadan sonra bu preparat RNT-ni gücləndirir və orqanizmin infeksiyaya reaksiyasını stimullaşdırır.

Həmin vaksininin test nümunələrinin avqustun ortalarınadək hazır olacağı gözlənilir.