Brend

05 İyul

Diş məcunlarının fərqi nələrdir? - Stomatoloq izah edir

Sağlam və gözəl dişlərə sahib olmağın bir yolu da onlara göstərilən qulluqdan asılıdır. Bəzən istifadə olunan diş məcunları ağız boşluğunun təmizliyinə qulluq etsə də, onları seçərkən tərkibini araşdırmaq asan olmur. Əslində isə onların faydalı və ya zərərli olduğunu yoxlamağın sadə yolu var. Belə ki, üzərindəki kiçik xətli şriftli yazılarda mühüm məlumatlar əks olunur.

Fins.az Axar.az-a istinadən xəbər verir ki, Respublika Stomatoloji Mərkəzinin həkim-stomatoloqu Fidan Abdullayevanın dediyinə görə, qara xətli diş məcunlarının təbii komponenti yoxdur, tamamilə sintetik mənasını verir, onun tərkibində damaq ətini zədələyən maddələr daha yüksəkdir.

Qırmızı cizgi qabdakı təbii tərkibə süni əlavələrin qarışması deməkdir. Ondan istifadə dişlərin ağarmasına kömək etsə də, bir müddət sonra zədələnməsinə aparıb çıxarır. Göy xətt olan məcunlarda təbii tərkibə müalicəvi inqrediyentlər daxildir, damaq ətinin möhkəmlənməsi və profilaktikası üçün istifadə olunur. Yaşıl cizgi isə istifadə olunan məhsulun kimyəvi əlavələrsiz təbii maddələrdən ibarət olduğunu ifadə edir. Ona görə də diş məcunundan istifadə edərkən üzərində yaşıl xətt olana üstünlük verilməsi daha məsləhətdir.