Bolqarıstan Serbiya və Macarıstana qazın nəqlini dayandırıb

Bolqarıstanın şimal-şərqindəki Vetrino kəndi yaxınlığında qaz kəmərinin partlaması səbəbindən Bolqarıstandan Serbiya və Macarıstana Rusiya qazının nəqli dayandırılıb.

Bu barədə Bolqarıstanın qaz şəbəkəsi operatoru “Bulgartransgaz” şirkətinin açıqlamasında deyilir.

Xatırladaq ki, Bolqarıstan Rusiya qazını Serbiya və Macarıstana öz qaz nəqli şəbəkəsi vasitəsilə tədarük edir.

Hadisə Bakı vaxtı ilə səhər saat 4 radələrində qeydə alınıb. Operator Rumıniyaya da qazın nəqlini dayandırıb, lakin sonra tədarük qismən bərpa edilib.

SHARE THIS STORY

FacebookTelegramTwitter