BİZNES

18 Noyabr

Azərbaycanda 106,435 milyard manatlıq ÜDM istehsal edilib

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 106,435 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,3% artım deməkdir.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir.

Məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,1% azalarkən, qeyri-neft-qaz sektorunda 3,1% artım qeydə alınıb.

ÜDM-in sektorlar üzrə payı belədir:

  • 34,0% – sənaye
  • 10,5% – ticarət və nəqliyyat vasitələrinin təmiri
  • 7,1% – nəqliyyat və anbar təsərrüfatı
  • 6,7% – kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq
  • 6,5% – tikinti
  • 2,7% – turistlərin yerləşdirilməsi və ictimai iaşə
  • 1,9% – informasiya və rabitə sahələri
  • 20,9% – digər sahələr

Məhsula və idxala xalis vergilər ÜDM-in 9,7%-ni təşkil edib.

Hesabat dövründə əhalinin hər nəfərinə düşən ÜDM 10,393 min manat olub.

Fuad Mədətov
Finss.az