BİZNES

13 Noyabr

EA 55 milyard dollara satıldı

Finss.az xəbər verir ki, Goldman Sachs Group Inc., Electronic Arts (EA) şirkətinin 55 milyard dollara satışı ilə bağlı məsləhət xidmətinə görə 110 milyon dollar ödəniş alacaq.

Financial Times-ın məlumatına görə, bu, Goldman Sachs üçün birləşmə və satınalma əməliyyatları üzrə tarixdə ən böyük məsləhət haqqıdır. Əvvəllər bankın rekord məbləği 2024-cü ildə Kellanova-nın Mars-a satışı zamanı əldə etdiyi 93 milyon dollar idi.

Məşhur Madden NFLBattlefield oyunlarının yaradıcısı olan Electronic Arts, Səudiyyə Ərəbistanı Suveren Sərvət Fondu (PIF), Silver Lake ManagementDonald Trampın kürəkəni Jared Kuşnerə məxsus Affinity Partners şirkətlərindən ibarət konsorsium tərəfindən alınacaq.

Sövdələşmənin şərtlərinə əsasən, PIF EA-nın əsas səhmdarı, Affinity Partners isə 5%-lik pay sahibi olacaq. Bu, tarixdə ən böyük leverage alışı (leveraged buyout) kimi qiymətləndirilir.

Goldman Sachs bu əməliyyatda EA-nın yeganə maliyyə məsləhətçisi kimi çıxış edib. Bank müqavilənin elanından sonra 10 milyon dollar ilkin ödəniş, bağlanış başa çatdıqda isə qalan 100 milyon dollar alacaq.

Sövdələşmənin 2026-cı ilin ikinci rübündə yekunlaşması planlaşdırılır. Əməliyyat tamamlandıqdan sonra Electronic Arts özəl şirkətə çevriləcəksəhmləri birjada ticarətdən çıxarılacaq.