BİZNES

13 Noyabr

Azərbaycanda əmək müqavilələrinin sayı artıb

Həyata keçirilən vergi siyasəti əmək bazarına müsbət təsir göstərməkdə davam edir.

Finss.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən xəbər verir ki, 2025-ci il noyabr ayının 1-nə işçilərlə işəgötürənlər arasında bağlanmış əmək müqavilələrinin sayı 1.884.656 olub.

Məlumata əsasən, təkcə oktyabr ayı ərzində 16,1 min artım müşahidə olunub.

Bildirilib ki, ümumi əmək müqavilələrinin 54,2%-ə yaxını qeyri-neft sektorunun özəl bölməsinin payına düşüb.

Vurğulanıb ki, bu sektorda artımın əsas hissəsi xidmət, ticarət və tikinti sahələrində qeydə alınıb.

Fuad Mədətov
Finss.az