BİZNES

13 Noyabr

Azərbaycana tütün məmulatları idxalı artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 95,5 milyon ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə idxal 6,4 milyon ABŞ dolları və ya 7,2% artım göstərib. 2024-cü ilin ilk 9 ayında ölkəyə 89,094 milyon ABŞ dolları dəyərində tütün məmulatları idxal olunmuşdu.

Qeyd olunur ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 35,375 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb, bu isə ötən ilin eyni dövrünə nisbətən 877 milyon ABŞ dolları və ya 2,5% çoxdur.

Xarici ticarət dövriyyəsinin 18,606 milyard ABŞ dolları ixracın, 16,769 milyard ABŞ dolları isə idxalın payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 1,248 milyard ABŞ dolları və ya 6,3% azalıb, idxal isə 2,126 milyard ABŞ dolları və ya 14,5% artıb.

Nəticədə, xarici ticarətdə 1,837 milyard dollarlıq müsbət saldo yaranıb, bu da illik müqayisədə 3,374 milyard ABŞ dolları və ya 2,8 dəfə azalma deməkdir.

Fuad Mədətov
Finss.az