2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan və Pakistan arasında ticarət dövriyyəsi 20,7 milyon ABŞ dolları təşkil edib.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,8 milyon dollar və ya 38,7% artım deməkdir.
Eyni dövrdə Azərbaycandan Pakistana 3,2 min dollar dəyərində məhsul ixrac olunub, bu isə 2024-cü ilin göstəricisi ilə müqayisədə 152,3 min dollar və ya 48,6 dəfə azalma deməkdir.
Pakistandan Azərbaycana ixrac isə 20,6 milyon ABŞ dolları olub ki, bu da illik müqayisədə 5,9 milyon dollar və ya 40,1% artım göstərir.
Ümumilikdə, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan 35,375 milyard dollar dəyərində xarici ticarət əməliyyatları həyata keçirib ki, bu da 2024-cü ilin eyni dövrünə nisbətən 877 milyon dollar və ya 2,5% artım deməkdir.
Bu dövrdə ixrac 18,606 milyard dollar, idxal 16,769 milyard dollar təşkil edib. İxrac ötən ilin eyni dövrü ilə müqayisədə 1,248 milyard dollar və ya 6,3% azalıb, idxal isə 2,126 milyard dollar və ya 14,5% artıb.
Nəticədə, xarici ticarətdə 1,837 milyard dollar müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 3,374 milyard dollar və ya 2,8 dəfə azalma deməkdir.
Fuad Mədətov
Finss.az
