BİZNES

12 Noyabr

Çinin neft idxalı azalsa da, illik artım davam edir

Finss.az xəbər verir ki, Çinin oktyabr ayında orta gündəlik neft idxalı 11,39 milyon barel təşkil edib. Bu göstərici sentyabr ayı ilə müqayisədə 1% az, lakin ötən ilin eyni dövrü ilə müqayisədə 8,1% yüksək olub.

Mütləq ifadədə Çin ötən ay 48,357 milyon ton neft idxal edib ki, bu da 24,22 milyard dollar dəyərindədir. Müqayisə üçün, sentyabr ayında idxal 47,252 milyon ton, 2024-cü ilin oktyabrında isə 44,7 milyon ton təşkil edib.

Analitiklər qeyd edirlər ki, idxal həcmlərinin illik artımı enerji tələbatının bərpasıstrateji ehtiyatların artırılması siyasəti ilə əlaqədardır. Bununla belə, sentyabrla müqayisədə kiçik azalma neft emalı zavodlarında texniki baxım işlərimövsümi tələbin zəifləməsi ilə izah olunur.