2025-ci ilin ilk üç rübündə Azərbaycanın “Şahdəniz” qaz yatağının işlənməsinin ikinci mərhələsi (“Şahdəniz 2”) çərçivəsində ümumilikdə 23 quyu qazılıb.
Finss.az bp-nin hesabatına əsasən xəbər verir ki, üçüncü rüb ərzində “Şahdəniz Alfa” platformasının qazma qurğusu aktiv rejimdə fəaliyyət göstərib.
Layihə “İstiqlal” və “Heydər Əliyev” qurğularının istifadə olunduğu qazma proqramı çərçivəsində irəliləyib. Belə ki, üçüncü rübdə:
-
“İstiqlal” qurğusu cənub-qərb cinahında yerləşən SDF04 quyusunun yenidən mənimsənilməsini başa çatdırıb,
-
“Heydər Əliyev” qurğusu şimal-şərq cinahında SDH04 quyusunun qazılmasını tamamlayıb və eyni cinahda SDH05 quyusunun qazılmasına başlayıb.
Ümumilikdə “Şahdəniz 2” layihəsi çərçivəsində quyular cinahlara görə belə bölünüb:
- Şimal – 5 quyu
- Qərb – 5 quyu
- Cənub-şərq – 4 quyu
- Cənub-qərb – 5 quyu
- Şimal-şərq – 4 quyu
Fuad Mədətov
Finss.az
