2025-ci ilin yanvar-sentyabr aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə təqribən 159 milyon barrel (19 milyon ton) xam neft ixrac edilib.
Finss.az bp-nin məlumatına əsasən xəbər verir ki, 2024-cü ilin eyni dövründə ixrac həcmi 165 milyon barrel (22 milyon ton) təşkil edib ki, bu isə illik ifadədə 3,6% azalma deməkdir.
1768 km uzunluğunda BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara verilib. 2025-ci ilin sentyabr ayının sonuna qədər boru kəməri vasitəsilə təqribən 613 milyon ton (4,6 milyard bareldən çox) xam neft nəql olunub və 6078 tanker vasitəsilə Ceyhanda dünya bazarlarına göndərilib.
BTC Ko. şirkətinin səhmdarları: bp (30,10%), SOCAR (32,97%), MOL (8,90%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), İTOÇU (3,40%), ONGC Videş (3,10%), ExxonMobil (2,50%) və INPEX (2,50%).
Fuad Mədətov
Finss.az
