Finss.az xəbər verir ki, Amerikalı video oyun nəhəngi Take-Two Interactive Software şirkətinin səhmləri Grand Theft Auto VI oyununun çıxış tarixinin təxirə salınması xəbərindən sonra 6,5% ucuzlaşıb. Şirkət əvvəlcə 2025-ci ilin may ayında planlaşdırılan oyunun artıq 19 noyabr 2026-cı ildə təqdim ediləcəyini açıqlayıb.
Qeyd edək ki, GTA V 2013-cü ildə satışa çıxmış və dünyanın ən çox satılan video oyunu adını qazanmışdı. Yeni buraxılış oyunsevərlər arasında böyük maraq doğurub və GTA VI-nın 2026-cı ildə oyun sənayesində yeni rekordlar qıracağı gözlənilir.
