2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan Gürcüstana 244,8 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib.
Finss.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın oktyabr buraxılışına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 49,7 milyon dollar və ya 25,5 faiz artım deməkdir.
Təkcə sentyabr ayında Azərbaycandan Gürcüstana 28,4 milyon dollar həcmində qeyri-neft məhsulları göndərilib ki, bu da 2024-cü ilin sentyabr ayı ilə müqayisədə 24,1 faiz və ya 9 milyon dollar çoxdur.
Hesabat dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə ümumi ixracı 2,6 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 7,7 faiz artım deməkdir.
Fuad Mədətov
Finss.az
