BİZNES

04 Noyabr

Azərbaycana yüksək texnologiyalar məhsullarının idxalı artıb

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana 1,2 milyard ABŞ dolları dəyərində yüksək texnologiyalar məhsulları idxal edilib.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 31,3 milyon ABŞ dolları və ya 2,65% artım deməkdir. Həmin məhsulların idxalda xüsusi çəkisi 7,24% təşkil edib.

Eyni dövrdə Azərbaycandan yüksək texnologiyalar məhsulları üzrə ixrac 29,1 milyon ABŞ dolları səviyyəsində olub, bu isə ötən ilin göstəricisi ilə müqayisədə 141,8 milyon ABŞ dolları və ya 5,9 dəfə azdır. İxracda həmin məhsulların xüsusi çəkisi isə yalnız 0,16% təşkil edib.

Fuad Mədətov
Finss.az