BİZNES

03 Noyabr

Bu il Azərbaycana 33,3 min ton ət idxal olunub

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana 33,3 min ton ət idxal olunub ki, bunun üçün 75,8 milyon ABŞ dolları vəsait xərclənib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsində 8,1 min ton (19,5%), dəyər ifadəsində isə 14,7 milyon ABŞ dolları (16,3%) azalma göstərib.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, hesabat dövründə ət idxalı ölkənin ümumi idxalında 0,45% paya malik olub.

Eyni dövrdə Azərbaycandan ət və qida üçün yararlı ət əlavələri üzrə 942 min ABŞ dolları dəyərində ixrac həyata keçirilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 263 min ABŞ dolları (21,8%) azdır.

Ölkədə istehsal göstəriciləri belə olub:

  • Diri çəkidə ət: 434,3 min ton (1,2% artım)
  • Süd: 1,699 milyon ton (0,3% artım)
  • Yumurta: 1,789 milyard ədəd (1,9% artım)
  • Yun: 14,6 min ton (1,3% artım)
  • Barama: 186,6 ton (22,1% azalma)

Beləliklə, hesabat dövründə ölkədə quş əti də daxil olmaqla ət və digər əsas heyvandarlıq məhsullarının istehsalında artım müşahidə edilsə də, barama istehsalı azalıb.

Fuad Mədətov
Finss.az