BİZNES

03 Noyabr

Türkiyədə inflyasiya oktyabr ayında 2021-ci ilin noyabr ayından bəri ən aşağı səviyyəyə düşüb.

Finss.az xəbər verir ki, Oktyabr ayında qida və alkoqolsuz içkilərin qiymətindəki artım əvvəlki ayın 36.06%-dən 34.87%-ə, geyim və ayaqqabıların qiymətindəki artım 9.8%-dən 7.98%-ə, mebel və məişət texnikasının qiymətindəki artım isə 29.32%-dən 28.9%-ə düşüb.

Bundan əlavə, səhiyyə, telekommunikasiya və təhsil xidmətlərində, eləcə də otel və restoran qiymətlərində artım tempi yavaşlayıb. Eyni zamanda, nəqliyyat xidmətlərinin, alkoqol və tütünün qiymətindəki artım sürətlənib.

İstehlak qiymətlərinin artımı oktyabr ayında aylıq müqayisədə yavaşlayaraq sentyabr ayında 3.23%-dən 2.55%-ə düşüb.