BİZNES

03 Noyabr

Avrozonada oktyabrda illik inflyasiya 2,1% olub

Finss.az xəbər verir ki, Eurostat-ın ilkin məlumatlarına görə, avrozonada istehlak qiymətləri oktyabr ayında illik müqayisədə 2,1% artıb. Bu göstərici əvvəlki ayın 2,2%-i ilə müqayisədə inflyasiyanın yavaşladığını göstərir.

Trading Economics-in məlumatına görə, analitiklər də oktyabr ayında inflyasiyanın 2,1%-ə yüksələcəyini gözləyirdilər, yəni nəticələr proqnozlarla üst-üstə düşüb. Avrozonada inflyasiya göstəricilərinin azalması Avropa Mərkəzi Bankının pul siyasəti və iqtisadi sabitlik baxımından vacib göstərici kimi qiymətləndirilir.