BİZNES

03 Noyabr

Azərbaycanın karbamid ixracı 46,5% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 131,9 milyon ABŞ dolları dəyərində karbamid ixrac olunub.

Finss.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın oktyabr sayında yer alan məlumata əsasən xəbər verir ki, hesabata əsasən. hesabat dövründə karbamid ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 41,9 milyon ABŞ dolları və ya 46,5% çox olub.

Təkcə sentyabr ayında isə ölkədən 17,1 milyon ABŞ dolları məbləğində karbamid ixrac edilib ki, bu da illik müqayisədə 48,7% artım deməkdir.

Ümumilikdə, 2025-ci ilin ilk doqquz ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 7,7% artaraq 2,6 milyard ABŞ dollarına çatıb.

Fuad Mədətov
Finss.az