Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 238 milyon ABŞ dolları dəyərində qızıl ixrac edilib.
Finss.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın oktyabr sayında yer alan məlumata əsasən xəbər verir ki, hesabat dövründə ixrac göstəricisi ötən ilin eyni ayları ilə müqayisədə 122,7 milyon dollar və ya 2,1 dəfə artıb.
Təkcə sentyabr ayında isə 27,4 milyon ABŞ dolları dəyərində qızıl ixrac olunub. Bu, 2024-cü ilin sentyabrı ilə müqayisədə 8,6 milyon dollar və ya 45,7 % artım deməkdir.
Ümumilikdə, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı da 7,7 % artaraq 2,6 milyard ABŞ dollarına çatıb.
Fuad Mədətov
Finss.az
