2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan Türkiyəyə 59 milyon ABŞ dolları dəyərində və 119,5 min ton həcmində bitumlu süxurlardan əldə olunmuş xam neft və neft məhsulları ixrac edilib.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 69,4% və həcm baxımından 66,9% azalma deməkdir.
2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyəyə ixrac 193 milyon dollar dəyərində və 352,5 min ton həcmində olub.
Hesabat dövründə Azərbaycandan ümumilikdə 20 ölkəyə 8,939 milyard ABŞ dolları dəyərində və 16,996 milyon ton həcmində xam neft və neft məhsulları ixrac edilib, bu isə ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 18,8%, həcm baxımından isə 3,5% azalma deməkdir.
Fuad Mədətov
Finss.az
