2025-ci ilin avqust ayında Türkiyə Azərbaycandan 1,047 milyard kubmetr təbii qaz idxal edib. Bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 41,1% artım deməkdir. Beləliklə, Azərbaycan Rusiya Federasiyasından sonra ikinci ən böyük tədarükçü kimi İranı geridə qoyub.
Finss.az Türkiyənin Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinin məlumatına əsasən xəbər verir ki, hesabat dövründə İran İslam Respublikasından təbii qaz idxalı 840,01 milyon kubmetr olub ki, bu da ötən ilin avqust göstəricisindən 71% çoxdur. Rusiya Federasiyası isə ən böyük tədarükçü statusunu qoruyaraq 1,835 milyard kubmetr qaz ixrac edib (ötən il: 2,274 milyard kubmetr).
Ümumilikdə, 2025-ci ilin avqust ayında Türkiyəyə təbii qaz idxalı 4,021 milyard kubmetr təşkil edib ki, bu da illik müqayisədə 3,31% artım deməkdir. Boru kəməri qazı 6,12% artaraq 3,723 milyard kubmetr, mayeləşdirilmiş təbii qazın idxalı isə 22,35% azalararaq 298,73 milyon kubmetr olub.
Fuad Mədətov
Finss.az
