BİZNES

28 Oktyabr

Cənubi Koreyanın ÜDM-i üçüncü rübdə gözləniləndən daha çox artıb.

Finss.az xəbər verir ki, Koreya Bankının ilkin məlumatlarına görə, Cənubi Koreya iqtisadiyyatı 2025-ci ilin üçüncü rübündə əvvəlki rüblə müqayisədə 1,2% artıb.

Bu, son bir il yarımda ən sürətli artım tempidir. Trading Economics-ə görə, analitiklər artımın cəmi 0,3% olacağını proqnozlaşdırmışdılar.

İstehlakçı xərcləri iyul-sentyabr aylarında 1,3% artıb ki, bu da qismən avtomobil və səhiyyəyə daha çox xərc çəkilməsi ilə bağlıdır.

Dövlət xərcləri 1,2% artıb.