BİZNES

28 Oktyabr

Azərbaycana humanitar yardım və texniki kömək idxalı 28,9 milyon dollar olub

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana 28,9 milyon ABŞ dolları dəyərində humanitar yük, təmənnasız kömək, texniki yardım və hədiyyə idxal edilib.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə azdır.

Hesabat dövründə bu kateqoriyaya daxil olan məhsulların idxalda xüsusi çəkisi 0,17% təşkil edib.

Eyni dövrdə Azərbaycandan 3,2 milyon dollar dəyərində humanitar yük, təmənnasız kömək, texniki yardım və hədiyyə ixrac olunub. Bu, illik müqayisədə 11,6% azalma deməkdir. İxracdakı xüsusi çəkisi isə 0,02% olub.

Fuad Mədətov
Finss.az