BİZNES

28 Oktyabr

Azərbaycandan Avstriyaya ixrac olunan neftin həcmi artıb

Cari ilin ilk 9 ayında Azərbaycandan Avstriyaya 42,7 milyon ABŞ dolları dəyərində90,2 min ton həcmində bitumlu süxurlardan əldə olunmuş xam neft və neft məhsulları ixrac edilib.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 10,9% az, həcm baxımından isə 5% çoxdur. 2024-cü ilin yanvar-sentyabr aylarında Avstriyaya ixrac 47,9 milyon dollar85,9 min ton həcmində olmuşdu.

Ümumilikdə, 2025-ci ilin ilk 9 ayında Azərbaycandan 20 ölkəyə 8,939 milyard dollar dəyərində və 16,996 milyon ton xam neft və neft məhsulları ixrac edilib.

Fuad Mədətov
Finss.az