Cari ilin ilk 9 ayında Azərbaycandan İndoneziyaya 72,1 milyon ABŞ dolları dəyərində və 130,9 min ton həcmində bitumlu süxurlardan əldə olunmuş xam neft və neft məhsulları ixrac edilib.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə dəyər ifadəsində 2,2 dəfə, həcm baxımından isə 52,7% azdır. 2024-cü ilin yanvar-sentyabr aylarında İndoneziyaya ixrac 161,7 milyon dollar və 277 min ton həcmində olmuşdu.
Ümumilikdə, 2025-ci ilin ilk 9 ayında Azərbaycandan 20 ölkəyə 8,939 milyard dollar dəyərində və 16,996 milyon ton xam neft və neft məhsulları ixrac olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 18,8%, təbi ifadədə isə 3,5% azalma deməkdir.
Fuad Mədətov
Finss.az

