2025-ci ilin yanvar–sentyabr aylarında Azərbaycandan Niderlanda 126,5 milyon dollar dəyərində 223,3 min ton bitum süxurlardan əldə edilmiş neft və neft məhsulları ixrac olunub.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 18,4%, həcm baxımından isə 32,2% artıb. Ötən ilin ilk doqquz ayında Niderlanda ixrac edilən neft və neft məhsullarının dəyəri 106,8 milyon dollar, həcmi isə 169 min ton təşkil etmişdi.
Cari ilin yanvar–sentyabr aylarında Azərbaycandan 20 ölkəyə 8,939 milyard dollar dəyərində, 16,996 milyon ton həcmində bitumlu süxurlardan alınan xam neft və neft məhsulları ixrac olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 18,8%, həcm baxımından isə 3,5% azalıb.
Fuad Mədətov
Finss.az
