2025-ci ilin yanvar–sentyabr aylarında Azərbaycandan İrlandiyaya 331,6 min ton bitum süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edilib, ixracın dəyəri 174,3 milyon ABŞ dolları təşkil edib.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumataına əsasən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 1,6 dəfə, həcm baxımından isə 1,9 dəfə artıb.
Qeyd olunub ki, 2024-cü ilin yanvar–sentyabr aylarında Azərbaycandan İrlandiyaya 174,3 min ton xam neft və neft məhsulları ixrac olunmuş, ixracın dəyəri isə 110,4 milyon dollar təşkil etmişdi.
Hesabat dövründə Azərbaycandan 20 ölkəyə ümumilikdə 16,996 milyon ton xam neft və neft məhsulları ixrac edilib, ixracın ümumi dəyəri 8,939 milyard ABŞ dolları olub.
Fuad Mədətov
Finss.az
