2025-ci ilin yanvar–sentyabr aylarında Azərbaycanda asfalt istehsalı 87,9 min ton səviyyəsində olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 36,5% artım deməkdir.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, eyni dövrdə ölkədə beton istehsalı 3,4 milyon ton təşkil edib və bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,8% azalma göstərib.
Tikinti materiallarının ümumi istehsal dəyəri 1,044 milyard manat olub ki, bu da əvvəlki ilin doqquz ayı ilə müqayisədə 6,3% azalma deməkdir. Hesabat dövründə sement istehsalı 1,8%, sementdən və betondan hazırlanan kərpic və oxşar məmulatların istehsalı 6,8%, əhəng istehsalı isə 28,4% azalıb.
Məlumat göstərir ki, asfalt istehsalındakı artım əsasən yol tikintisi və infrastruktur layihələrinin genişləndirilməsi ilə bağlıdır. Eyni zamanda, beton və digər tikinti materiallarının istehsalındakı azalma tikinti sektorunda bəzi layihələrin gecikməsi və daxili bazarda tələbin dəyişməsi ilə əlaqələndirilir.
Fuad Mədətov
Finss.az
