BİZNES

27 Oktyabr

Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 15 milyard ABŞ dollarına çatıb - SİYAHI

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın Aİ üzv ölkələrlə ticarət dövriyyəsi təxminən 15 milyard ABŞ dolları səviyyəsində olub.

Finss.az Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 12,4 faiz, yəni 1,6 milyard ABŞ dolları artıb. Hesabat dövründə Aİ ölkələri ilə ticarət Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 42 faizini təşkil edib.

Aşağıda Azərbaycanın Aİ ölkələri ilə ticarət əməliyyatlarına dair yanvar-sentyabr 2025 göstəriciləri təqdim olunur (min ABŞ dolları ilə):

Ölkə İxrac İdxal
Avropa İttifaqı üzrə ümumi həcm 12 870 256 2 095 128,76
Almaniya 468 173,20 635 092,99
Avstriya 43 680,24 90 664,37
Belçika 1 357,76 50 679,28
Bolqarıstan 584 812,72 17 465,11
Çexiya 703 093,06 55 260,69
Danimarka 54 521,15 24 792,43
Estoniya 18 219,69 9 463,23
Finlandiya 112,68 21 657,19
Fransa 89 863,45 175 656,59
Xorvatiya 537 949,03 3 940,45
İrlandiya 174 269,72 31 660,83
İspaniya 9 854,47 160 408,88
İsveç 1 080,16 27 401,98
İtaliya 8 530 408,88 374 232,98
Kipr 7 942,11 678,88
Latviya 6 862,80 11 391,43
Litva 2 874,43 17 689,86
Lüksemburq 70,99 744,21
Macarıstan 1 680,49 40 299,07
Malta 4 170,01 352,50
Niderland 140 845,17 96 029,32
Polşa 8 176,39 113 220,49
Portuqaliya 385 114,24 10 568,46
Rumıniya 456 278,43 47 556,30
Slovakiya 564,78 30 857,97
Sloveniya 8 134,13 18 874,60
Yunanıstan 630 145,83 28 488,66

Hesabat göstərir ki, İtaliya, Almaniya və Bolqarıstan Azərbaycanın Aİ ölkələrinə ixracında lider mövqedədir, idxalda isə Almaniya və İtaliya əsas paya malikdir.

Bu göstəricilər Azərbaycanın Avropa bazarları ilə ticarət əlaqələrinin gücləndiyini və ixrac potensialının artdığını əks etdirir.

Fuad Mədətov
Finss.az