BİZNES

24 Oktyabr

Azərbaycanın Rumıniyaya neft ixracının dəyəri 43,1% artıb

2025-ci ilin yanvar–sentyabr aylarında Azərbaycandan Rumıniyaya 429,3 milyon ABŞ dolları dəyərində 778,6 min ton həcmində bitum mənşəli süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edilib.

Finss.az Dövlət Gömrük Xidmətinin məlumatına əsasən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixracın dəyəri 129 milyon dollar və ya 43,1%, həcm baxımından isə 279,7 min ton və ya 56,1% artıb.

Hesabat dövründə Rumıniya Azərbaycan neft və neft məhsullarının ixrac olunduğu ölkələr arasında 5-ci yeri tutub.

Qeyd olunur ki, 2025-ci ilin yanvar–sentyabr aylarında Azərbaycandan 20 ölkəyə ümumilikdə 16,996 milyon ton və ya 8,939 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac olunub.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 2,069 milyard dollar və ya 18,8%, fiziki həcmdə isə 613 min ton və ya 3,5% azalıb.

Fuad Mədətov
Finss.az