BİZNES

24 Oktyabr

Azərbaycanın Böyük Britaniyaya neft ixracından gəliri 237 milyon dollar təşkil edib

2025-ci ilin yanvar–sentyabr aylarında Azərbaycandan Böyük Britaniyaya 237,1 milyon ABŞ dolları dəyərində 514,9 min ton bitumlu süxurlardan əldə olunmuş xam neft və neft məhsulları ixrac edilib.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixracın dəyəri 153,8 milyon dollar və ya 39,4%, həcm baxımından isə 135,2 min ton və ya 20,8% azalıb.

Hesabat dövründə Böyük Britaniya Azərbaycan neft və neft məhsullarının ixrac olunduğu ölkələr arasında 8-ci yeri tutub.

Qeyd olunur ki, 2025-ci ilin yanvar–sentyabr aylarında Azərbaycandan 20 ölkəyə ümumilikdə 16,996 milyon ton və ya 8,939 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac olunub.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,069 milyard dollar və ya 18,8%, fiziki həcmdə isə 613 min ton və ya 3,5% azalma göstərib.

Fuad Mədətov
Finss.az