BİZNES

23 Oktyabr

Azərbaycanda hava nəqliyyatı ilə beynəlxalq yükdaşımanın dəyəri 5,265 milyard dollar olub

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda hava nəqliyyatı vasitəsilə beynəlxalq yükdaşıma əməliyyatlarının ümumi dəyəri 5,265 milyard ABŞ dolları, çəkisi isə 11,8 min ton təşkil edib.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 1,9 milyard dollar və ya 56,7% çox, çəki baxımından isə 62,5 min ton və ya 84,1% azdır.

Hesabat dövründə Azərbaycandan hava yolu ilə 290,9 milyon dollar dəyərində və 1,8 min ton çəkidə yüklər ixrac olunub. İxracın dəyəri ötən illə müqayisədə 55,9 milyon dollar və ya 23,8% artıb, çəki isə 62,3 min ton və ya 97,2% azalıb.

Eyni zamanda, hava nəqliyyatı ilə Azərbaycana idxal edilən yüklərin ümumi dəyəri təxminən 5 milyard dollar, çəkisi isə 10 min ton olub. Bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 1,9 milyard dollar və ya 59,3% artım, çəki baxımından isə 218 ton və ya 2% azalma deməkdir.

Fuad Mədətov
Finss.az