BİZNES

23 Oktyabr

Bu il Azərbaycandan Hindistana 107,5 min ton neft məhsulu ixrac olunub

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan Hindistana 107,5 min ton xam neft və bitumlu süxullardan alınmış neft məhsulları ixrac edilib, dəyəri 53,5 milyon ABŞ dolları təşkil edib.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə kəskin azalıb: dəyər ifadəsində 630 milyon dollar (92,2%), həcm baxımından isə 984 min ton (90,2%) azalma qeydə alınıb. Ötən ilin ilk doqquz ayında Hindistana ixrac 1,092 milyon ton neft, dəyəri isə 683,6 milyon dollar olmuşdu.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan ümumilikdə 20 ölkəyə 16,996 milyon ton xam neft və bitumlu süxullardan alınmış neft məhsulları ixrac edilib, dəyəri 8,939 milyard ABŞ dolları təşkil edib.

Fuad Mədətov
Finss.az