2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan İtaliyaya 9,589 milyon ton xam neft və bitumlu süxullardan alınan neft məhsulları ixrac olunub, dəyəri isə 4,993 milyard ABŞ dolları təşkil edib.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstəricilər 2024-cü ilin eyni dövrü ilə müqayisədə artıb: dəyər ifadəsində 529 milyon dollar (21,9%), həcm baxımından isə 3,014 milyon ton (19,9%) artım müşahidə olunub. Ötən ilin ilk doqquz ayında Azərbaycandan İtaliyaya 6,575 milyon ton neft məhsulu, dəyəri isə 4,164 milyard dollar ixrac edilmişdi.
Hesabat dövründə İtaliya Azərbaycan neftinin idxal etdiyi ölkələr arasında birinci yeri tutub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan ümumilikdə 20 ölkəyə 16,996 milyon ton xam neft və bitumlu süxullardan alınan neft məhsulları ixrac edilib, dəyəri 8,939 milyard ABŞ dolları olub.
Fuad Mədətov
Finss.az