2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana məhsul idxalı 16,769 milyard ABŞ dolları səviyyəsində olub.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, idxalda dövlət sektoru 5,129 milyard dollar, özəl sektor 10,033 milyard dollar, fiziki şəxslər isə 1,607 milyard dollar paya malik olub. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 31,3%, 7,9% və 11,4% artıb. İdxalda sektorların payı belə olub: dövlət 30,58%, özəl 59,84%, fiziki şəxslər isə 9,58%.
Eyni dövrdə Azərbaycandan məhsul ixracı 18,606 milyard ABŞ dolları təşkil edib. İxracda dövlət sektoru 8,300 milyard dollar, özəl sektor 10,220 milyard dollar, fiziki şəxslər isə 86,805 milyon dollar paya malik olub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 12,6%, 0,4% və 9,6% azalıb. İxracda sektorların payı belə olub: dövlət 44,61%, özəl 54,93%, fiziki şəxslər 0,47%.
Beləliklə, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 35,375 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 2,5% artım deməkdir. İxracın payı 18,606 milyard dollar, idxalın payı isə 16,769 milyard dollar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 1,248 milyard dollar (6,3%) azalırken, idxal 2,126 milyard dollar (14,5%) artıb.
Nəticədə xarici ticarətdə 1,837 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 2,8 dəfə azalma deməkdir.
Fuad Mədətov
Finss.az