BİZNES

22 Oktyabr

ABŞ-ın neft ehtiyatları gözləniləndən daha güclü olmaqla 3,52 milyon barel artıb.

Finss.az xəbər verir ki, ABŞ Energetika Nazirliyinin məlumatına görə, ABŞ-ın kommersiya xam neft ehtiyatları keçən həftə 3,52 milyon barel artaraq 423,8 milyon barrelə çatıb.

Trading Economics tərəfindən sorğuya qatılan ekspertlər orta hesabla 120 min barel artım gözləyirdilər.

Oktyabrın 10-da bitən həftədə benzin ehtiyatları 267 min barel, distillat ehtiyatları isə 4,53 milyon barel azalıb.

Nyu-York əmtəə birjasında (NYMEX) ticarət edilən xam nefti saxlayan Cushing terminalında ehtiyatlar 703 min barel azalıb.