BİZNES

22 Oktyabr

Azərbaycan Fransaya xam neft ixracını 46% artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Fransaya 83,4 milyon ABŞ dolları dəyərində 165,1 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac olunub.

Bu barədə Finss.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac dəyər ifadəsində 26,4 milyon dollar və ya 46,2%, həcm ifadəsində isə 75,4 min ton və ya 1,8 dəfə artıb.

Fransa bu göstərici ilə Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr arasında 12-ci pillədə qərarlaşıb.

Ümumilikdə, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan 20 ölkəyə 8,939 milyard ABŞ dolları dəyərində 16,996 milyon ton xam neft və neft məhsulları ixrac edilib.

Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,069 milyard dollar (18,8%), həcm ifadəsində isə 612,652 min ton (3,5%) azalma deməkdir.

Fuad Mədətov
Finss.az