2025-ci ilin yanvar–sentyabr aylarında Azərbaycan 8,9 milyard ABŞ dollarından çox dəyərdə 16,996 milyon ton xam neft və neft məhsulları ixrac edib.
Finss.az Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, yanvar–avqust aylarında Azərbaycanın neft ixracında ilk üç yer:
- İtaliya: 9,589 milyon ton, 4,993 milyard ABŞ dolları
- Çexiya: 1,308 milyon ton, 701,4 milyon ABŞ dolları
- Xorvatiya: 998,5 min ton, 537,8 milyon ABŞ dolları
2025-ci ilin yanvar–sentyabr aylarında Azərbaycanın neft ixracının ən iri 10 alıcısı:
Ölkə | İdxal həcmi (ton) | İdxal məbləği (ABŞ dolları) |
---|---|---|
İtaliya | 9 589 365,70 | 4 992 915 190 |
Çexiya | 1 307 899,13 | 701 374 000 |
Xorvatiya | 998 469,46 | 537 768 290 |
Almaniya | 841 915,48 | 445 304 600 |
Rumıniya | 778 615,54 | 429 334 050 |
Portuqaliya | 714 269,12 | 385 076 010 |
Böyük Britaniya | 514 926,69 | 237 052 390 |
Yunanıstan | 500 730,69 | 268 492 930 |
İrlandiya | 331 558,01 | 74 262 240 |
Niderland | 223 330,70 | 126 482 410 |
Azərbaycan nefti qonşu ölkələrə və dünya bazarlarına üç əsas boru kəməri vasitəsilə nəql olunur:
- Bakı–Novorossiysk
- Bakı–Supsa (hazırda dayandırılıb)
- Bakı–Tbilisi–Ceyhan (BTC)
Bundan əlavə, neft dəmir yolu vasitəsilə Gürcüstanın Batumi və Kulevi terminallarına da ixrac edilir.
Fuad Mədətov
Finss.az