BİZNES

21 Oktyabr

Azərbaycandan təbii qaz ixracının dəyəri 10,3% artıb

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan 18,528 milyard kubmetr təbii qaz ixrac olunub.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsaəsn xəbər verir ki, bu ixracdan əldə olunan gəlir 6,698 milyard ABŞ dolları təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə:

  • Həcm baxımından ixrac 203,258 milyon kubmetr və ya 1,1% azalıb.
  • Dəyər baxımından isə gəlir 623,262 milyon ABŞ dolları və ya 10,3% artıb.

Qeyd olunur ki, bu dövrdə təbii qaz ixracı 2025-ci ilin ümumi ixracının 36%-ni təşkil edib.

Fuad Mədətov
Finss.az